İyul 8, 2026
Baku
Kateqoriya seçilməyən Ölkə Xəbərlər

MİDA Yevlaxda yaşayış binalarının tikintisini bu şirkətə həvalə edib 5,3 milyon manat ödədi

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) daha bir çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı işlərə start verir.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu dəfə agentlik yeni yaşayış kompleksinin Yevlax şəhərində inşasına başlanılır.

Belə ki, yaşayış binaları rayonun R.Budaqov küçəsi 1 ünvanında 1,9 ha torpaq sahəsində inşa olunacaq.

Artıq sözügedən işlərlə əlaqədar olaraq MİDA mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işlərini görəcək şirkəti müəyyənləşdirib.

MİDA sözügedən işləri “Enerji Qrup” MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 5 318 197 manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Enerji Qrup” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Nəsibov Xəyal Balaisa oğludur.

Gundelik.az