“Anglo Asian Mining” Qarabağda yeni mədəndən hasil edilən mis konsentratının satışına başlayıb
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Britaniyanın “Anglo Asian Mining Plc.” (AAM) şirkəti Qarabağ bölgəsindəki yeni “Dəmirli” mis mədənindən mis konsentratının satışına başlayıb. Bu barədə Gundelik.az AAM-in məlumatına istinadən xəbər verir. Şirkət xatırladıb ki, əvvəllər Sinqapurun “Trafigura Pte Ltd” transmilli ticarət şirkəti ilə “Dəmirli” mədənində hasil olunan konsentratın satışı haqqında müqavilə imzalayıb.
