“Alphabet”in gəliri və mənfəəti artıb
ABŞ-nin texnologiya şirkəti olan “Alphabet”in ötən ilin dördüncü rübündə gəliri 18 faiz, xalis mənfəəti isə 30 faiz artıb. Gundelik.az xəbər verir ki, bu barədə “Google”ın ana şirkəti olan “Alphabet” maliyyə hesabatını açıqlayıb. Müvafiq olaraq, “Alphabet”in ötən ilin son rübündəki gəliri illik müqayisədə 18 faiz artaraq 113,8 milyard dollara çatıb. Şirkət 2024-cü ilin dördüncü rübündə 96,5 milyard dollar gəlir
