ABŞ-nin texnologiya şirkəti olan “Alphabet”in ötən ilin dördüncü rübündə gəliri 18 faiz, xalis mənfəəti isə 30 faiz artıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Google”ın ana şirkəti olan “Alphabet” maliyyə hesabatını açıqlayıb.
Müvafiq olaraq, “Alphabet”in ötən ilin son rübündəki gəliri illik müqayisədə 18 faiz artaraq 113,8 milyard dollara çatıb. Şirkət 2024-cü ilin dördüncü rübündə 96,5 milyard dollar gəlir əldə edib.
Şirkətin xalis mənfəəti də ötən ilin son rübündə illik müqayisədə 30 faiz artaraq 34,5 milyard dollara çatıb. “Alphabet” ötən ilin eyni dövründə 26,5 milyard dollar xalis mənfəət əldə edib.
Sözügedən dövrdə “Alphabet”in gəlir və mənfəəti gözləntiləri üstələyib.
Şirkətin il ərzində gəliri 15 faiz artaraq 402,8 milyard dollara, xalis mənfəəti isə 32 faiz artaraq 132,2 milyard dollara çatıb.
