İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

İnvestisiya şirkətlərinin dövriyyələrinə görə RENKİNQİ

Bu ilin yanvar ayı üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.

Gundelik.az BFB-yə istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət “ABB İnvest İnvestisiya Şirkəti” QSC olub (4,773 milyard manat).

Siyahıda ikinci pillədə 2,335 milyard manat dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, üçüncü yerdə isə 802,688 milyon manat dövriyyə ilə “Assist Finance İnvestisiya şirkəti” ASC qərarlaşıb.

Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.

Aşağıdakı cədvəldə investisiya şirkətlərinin 2026-cı ilin yanvar ayı üzrə dövriyyələrinin həcmi göstərilib:

Rank Adı Dövriyyə (manatla) Əməliyyatların sayı
1 “ABB İnvest İnvestisiya Şirkəti” QSC 4,772,759,929.00 1205
2 “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2,334,916,890.00 642
3 Assist Finance İnvestisiya şirkəti ASC 802,688,374.00 149
4 CPM-İnvest İnvestisiya Şirkəti QSC 734,355,471.00 230
5 “Unicapital İnvestisiya Şirkəti” ASC 298,164,766.00 306
6 “İnvest-Az İnvestisiya Şirkəti” QSC 218,130,346.00 168
7 Troni İnvestisiya Şirkəti QSC 101,014,924.00 785
8 “İnno Kapital İnvestisiya Şirkəti” ASC 77,284,915.00 51
9 Capital Partners İnvestisiya Şirkəti QSC 35,440,995.00 31
10 “Xalq Kapital İnvestisiya Şirkəti” QSC 14,396,700.00 3
11 MFX Trading İnvestisiya Şirkəti 8,668,134.00 6
12 “CFI FİNANCİAL İnvestisiya Şirkəti” QSC 2,989,376.00 5
13 ASC “Xalq” Bankı 523,645.00 5