Azərbaycan qeyri-neft məhsulları ixracını artırıb
Bu ilin ilk 4 ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1,068 milyard ABŞ dolları təşkil edib. Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 148,6 milyon ABŞ dolları və ya 16,2% çoxdur. Hesabat dövründə Azərbaycandan ən çox qeyri-neft məhsulları Rusiyaya ixrac edilib. Belə ki,
