Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yükdaşımalar artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəmiryolu nəqliyyatı vasitələri ilə 1,5 milyard ABŞ dolları dəyərində 3,5 milyon ton yük daşınıb. Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 21,3 milyon ABŞ dolları və ya 1,4%, həcm ifadəsində isə 130,4 min ton və ya 3,8% çoxdur.
