Avqust 26, 2026
Baku

İqtisadiyyat

İqtisadiyyat Xəbərlər

Bank sektorunun aktivləri 60 milyard manatı ötüb

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 60 milyard 940,4 milyon manat təşkil edib. Gundelik.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında hesablamalara əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 4,206 milyard manat və ya 7,4% çoxdur. Hesabat dövründə bankların cəmi öhdəlikləri 53 milyard 294,8 milyon manat, balans kapitalı 7 milyard

Read More
İqtisadiyyat Xəbərlər

“Brent” nefti bahalaşıb

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin sentyabr müqaviləsinin dəyəri 3,71% artaraq 1 barelə görə 87.21ABŞ dolları təşkil edib. Gundelik.az-ın məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin avqust ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 3,46% artaraq 82 ABŞ dollarına bərabər olub.

Read More
İqtisadiyyat Xəbərlər

“Moody’s” 2026-cı ildə SOCAR-ın gəlirlərinin 30% artacağını proqnozlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dayanıqlı maliyyə göstəricilərini nümayiş etdirməyə və güclü likvidlik mövqeyini qorumağa davam edir. Gundelik.az xəbər verir ki, “Moody’s” beynəlxalq reytinq agentliyinin son proqnozuna əsasən, 2023–2025-ci illərdə 85–86 milyard manat (təxminən 50 milyard ABŞ dolları) səviyyəsində sabit qalan SOCAR-ın gəlirlərinin 2026-cı ildə yüksək neft qiymətləri hesabına təxminən 30 faiz artacaq. Bununla yanaşı,

Read More
İqtisadiyyat Xəbərlər

Akyaka-Gümrü dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb

Türkiyə Akyaka-Gümrü dəmir yolu xəttinin ölkə ərazisində olan hissəsinin yenidən qurulmasına başlayıb. Gundelik.az xəbər verir ki, bu barədə Akyaka şəhərinin meri Erduger Toptaş bildirib.   “Bərpa işləri təxminən 2-3 ay çəkəcək. Akyakadan Gümrüyə qədər torpaq yolun tikintisi də daxil olmaqla tender artıq elan edilib”, –  mer deyib. Toptaş dəmir yolu infrastrukturunun bərpasının həm Türkiyə, həm də

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanın sığorta bazarı böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 867,396 milyon manat məbləğində sığorta haqqı toplanıb. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50,3 milyon manat və ya 6,16 faiz çoxdur. Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 549,682 milyon

Read More
İqtisadiyyat Xəbərlər

ADY bu şirkətlə milyonluq müqavilə bağlayıb

Azərbaycan Dəmir Yolları QSC (ADY) “Ameco Marine Services” LLC şirkəti ilə müqavilə bağlayıb. Bu barədə Gundelik.az QSC-dən məlumat əldə edib. Belə ki, müqavilədə “Mirsafa Rzayev” adına gəminin yedəklənərək daşınması xidmətinin satın alınması nəzərdə tutulub. Müqavilənin maliyyə dəyəri 1 121 250 manat olaraq müəyyənləşib.

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanda bu KSES üçün boru xəttinin tikintisinə başlanılır

Eyvazlı Kiçik Su Eelektrik Stansiyası üçün boru xəttinin tikintisi işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub. Bu barədə Gundelik.az “Azərenerji” ASC-dən məlumat əldə edib. Belə ki, tikinti işlərini “Electro İndustries” QSC həyata keçirəcək. Sözügedən işlərin icrasına 2 650 752 manat vəsait sərf olunacaq.

Read More
İqtisadiyyat Xəbərlər

“Moody”s” SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib

“Moody”s” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli kredit reytinqini Baa3 səviyyəsində, proqnozunu isə “stabil” olaraq təsdiq edib. Gundelik.az SOCAR-a istinadən xəbər verir ki, bununla da şirkət ötən il əldə etdiyi investisiya oluna bilən kredit reytinqini uğurla qoruyub saxlayıb. Bu qərar SOCAR-ın maliyyə dayanıqlığının, kredit profilinin və beynəlxalq kapital bazarlarında etibarlı borcalan mövqeyinin

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanda bu ilin II rübündə qaz hasilatı 1 % artıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,7 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub. Bu barədə Gundelik.az-a SOCAR-dan məlumat verilib. Bildirilib ki, ölkə üzrə qaz hasilatı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 % artaraq, 12,8 milyard kubmetr təşkil edib. Məlumata əsasən, cari ilin

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Gundelik.az xəbər verir ki, dəyişikliklə qanunvericiliyə ilk dəfə olaraq İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə anlayışı gətirilib. Bu, müəssisə rəhbərliyinin və ya

Read More