14 Aprel – Teatrşünas Məryəm Əlizadənin 75 illiyi, (1950)
Məryəm Əlizadə bizə çox gərəkdir, çünki onun tanrısı gözəllikdir, sevgidir. Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu Məryəm Əli qızı Əlizadə — teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru (1998), professor (1999), 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Məryəm Əlizadə 1950-ci il aprelin 14-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev
