Şeirimizin sübh çağı Mikayıl Müşfiq
Hər yerdə düzələn toy-büsat mənəm, Ulduzlarla edən ixtilat mənəm. Mənim azadlığım qucağa sığmaz, Yer mənəm, göy mənəm, kainat mənəm. Mikayıl Müşfiq Qələm əhlinin ömrü kitablarının, hafizələrdə yaşayan misralarının ömrü qədərdir. Ona görə də onlara açılan qəfil güllələr, ömürlərini susduran hökmlər gücsüz və gülünc görünür. Bir anda ömürlərinə son qoyulan bu şəxsiyyətləri əsrlər boyu susdurmaq olmur.
