19 Sentyabr – Beynəlxalq Piratlar Günü, (1995)
19 sentyabr qeyri-rəsmi olaraq Beynəlxalq Piratlar Günü və ya Piratları Təqlid Günü (International Talk Like A Pirate Day) kimi qeyd olunur. Bu gün “Piratlar kimi danış” da adlandırılır. Çox şən keçən bu bayram dünyanın 40-dan çox ölkəsində qeyd olunur. Həmin gün insanlar piratların danışıqlarını təqlid edir, onların məşhur sözlərini işlədir, bəzən hətta onlar kimi geyinirlər.
