İyul 8, 2026
Baku
Tarixdə bu gün

16 Sentyabr – Coğrafiyaşünas, alim, səyyah Hacı Zeynalabdin Şirvaninin 235 illiyi, (1790-1837)

     Zeynalabdin Şirvani 1780 ci ildə  Şamaqxı şəhərində anadan olmuşdur. 1796cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə xarici dilləri öyrənməkdə davam edir. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmov yazırdı: Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, İran  yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın  meşə və cəngəlliklərindən, Hindistanın  tropik meşələrindən, Hind okeanı adalarından keçib. Bundan sonra o, dəniz yolu ilə “Səidlər ölkəsinə” (əsSəidə -Nil  çayı sahillərinə) gedir,  Misirdən Yaxın Şərqə “Şam-Rum”a  (Anadolu), Diyarbəkirə, Qaraman  və  Aydına keçir. Hacı Zeynalabdinin  Atklantik okeanına və geriyə üçüncü səyahətin marşrutu belə idi: Bəhre-Əhzər adaları (“Yaşıl dəniz” – şərq coqrafiyaçıları Atlantik okeanını belə adlandırırdılar), Rumeli,  Anadolu, Azərbaycan, Tehran, Həmədan, İsfahan, Kirman, Şiraz, Bağdad İndi artıq bir çoxu sıradan çıxmış beş yüzdən artıq əlyazma və mətbu qaynağın və səyahətlər zamanı etdiyi şəxsi müşahidələri nəticəsində Şirvani ona dünya şöhrəti gətirən üç kitab yazır: 1822 ci ildə “Riyazüs-səyahət” (“Səyahət bağçaları”), 1827ci ildə “Hədaiqüs-səyahət” (“Səyahət bağları”) və nəhayət, 1833cü ildə “Bustanus-səyahət” (“Səyahət gülzarı”)- Bu əsərlərdə o, bir çox ölkələrin coqrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli məlumatlar verir. Səyyah yer kürəsinin iqlim qurşaqlarının təsvirinə xüsusi yer ayırır. Şərqin digər alim və səyyahları kimi o da Yeri yeddi iqlim qurşağına bölür. Zeynalabdin eyni zamanda şair olmuş və Təmkin təxəllüsü ilə şeirlər yazmışdır. Həmin şeirlər onun səyahətnamələrinə səpələnmiş və əlyazması Tehran mərkəzi kitabxanasında saxlanan “Divan”ında toplanmışdır. Bu nadir şəxsiyyətin digər əsərlərinin əlyazmaları BRitaniya Muzeyində,  Paris Kitabxanasında,  Sank-Peterburqda və  İranda saxlanır. Şirvaninin əsərləri bir çox Azərbaycan, İran, rus və Avropa tədqiqatçıları tərəfindən öyrənilib. Bu alimlərdən  Abasqulu ağa Bakıxanovun, Məmmədəli Tərbiyətin, Əsjər Həmid Rəbbadinin , B.A.Dornun, N. V. Xanıkovun, E. Braunun, S. Stornun, E. Bloşenin və başqalarının adlarını çəkmək mümkündür. Bu sırada öz ömrünün böyük bir hissəsini Zeynalabdin Şirvaninin elmi hünərlərinin tədqiqinə həsr etmiş N. K. Kərəmovun adı xüsusilə qeyd olunmalıdır. 1838ci ildə Zeynalabdin Şirvani  Ciddə şəhəri yaxınlığında dünyasını dəyişib və orada dəfn olunub. Gundelik.az