24 Dekabr-Prezidentin doğum günüdür
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 64 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. 1967-1977-ci illərdə paytaxtda orta təhsilini başa vurub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub.
