Oktyabr 18, 2026
Baku

Siyasət

Siyasət Xəbərlər

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib. Gundelik.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Read More
Siyasət Xəbərlər

İlham Əliyev İspaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeni ölkənin milli bayramı münasibətilə təbrik edib. Gundelik.az xəbər verir ki, təbrikdə deyilir: “İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,

Read More
Dünya Siyasət Xəbərlər

Trampın xüsusi elçisi və kürəkəni Moskvaya səfərlərini təxirə salıb

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Rusiya ilə danışıqlar aparmaq üçün Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar. Gundelik.az xəbər verir ki, bu barədə “Axios” nəşri öz mənbəyinə istinadən məlumat yayıb. Məlumata görə, Vaşinqton əvvəlcə Ukrayna və Avropa ölkələrinin Rusiyaya təqdim edilməsi nəzərdə tutulan yeni təklifə dəstək verib-verməyəcəyini aydınlaşdırmaq istəyir.

Read More
Siyasət Xəbərlər

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. Bu barədə Gundelik.az xəbər verir.

Read More
Siyasət Xəbərlər

Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək. Gundelik.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfəri zamanı 9 oktyabr 2026-cı ildə Türkmənbaşı şəhərində Avaza Milli Turizm Zonasında keçirilmiş Xəzər Ekoloji Sammitində iştirak edib. Tədbirin nəticəsi olaraq, Xəzər Ekoloji Sammitinin yekunlarına dair Xəzəryanı Dövlətlərin Başçılarının Qərarı imzalanıb. Qərarda Azərbaycan

Read More
Siyasət Xəbərlər

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası oktyabrın 13-də keçiriləcək. Gundelik.az xəbər verir ki, Milli Məclisin rəsmi saytında dərc edilən məlumata görə, iclasda aşağıdakı məsələlər müzakirə ediləcək: 1. “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma

Read More
Siyasət Xəbərlər

İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilir. Gundelik.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More
Siyasət Xəbərlər

Lukaşenko Azərbaycanın MDB-yə sədrlik qərarını tarixi adlandırıb

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə Birliyə sədrlik etmək qərarını tarixi bir an adlandırıb. Bu barədə Gundelik.az Belta-ya istinadən xəbər verir. “Təşkilatımızın inkişafında yeni bir mərhələ hörmətli İlham Əliyevin 2028-ci ildə ilk dəfə sədrliyi öz üzərinə götürməsi qərarıdır. Bu, şübhəsiz ki, tarixi bir andır. Bunu

Read More
Siyasət Xəbərlər

MDB dövlət başçıları görüşü çərçivəsində İlham Əliyevin Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşü olub

Türkmənistanda MDB dövlət başçılarının görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkələrin rəhbərləri ilə qeyri rəsmi görüşü olub. Gundelik.az-ın verdiyi xəbərə əsasən, Azərbaycan liderinin Rusiya və Türkmənistan prezidentləri Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşü olub.

Read More
Siyasət Xəbərlər

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib. Gundelik.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Qeyd edək ki, MDB

Read More