Çin: ABŞ-dan alınan silahlar Tayvanın müstəqilliyini təmin etməyəcək
ABŞ-dan alınan silahlar Tayvanın müstəqillik əldə etməsinə kömək etməyəcək. Gundelik.az xəbər verir ki, bunu Çin Dövlət Şurası yanında Tayvan işləri üzrə ofisin rəsmi nümayəndəsi Çen Binxua mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Tayvan nə qədər silah alsa da, bu, müstəqillik tərəfdarlarının “qaçılmaz məğlubiyyətini” dəyişməyəcək.Çin rəsmisi Vaşinqton ilə Taybey arasında hərbi əməkdaşlığa qəti şəkildə qarşı olduqlarını
