İyul 8, 2026
Baku

Siyasət

Siyasət Xəbərlər

Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir

Türkmənistan və Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək. Gundelik.az xəbər verir ki, bu sözləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib. O qeyd edib ki, bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir.

Read More
Siyasət Xəbərlər

Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik

Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik. Gundelik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında bildirib.

Read More
Siyasət Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır

Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Gundelik.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənistan Prezident Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında

Read More
Siyasət Xəbərlər

Hüseyn Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyevim imzaladığı Sərəncama əsasən, Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif

Read More
Siyasət Xəbərlər

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub – YENİLƏNİB

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub. Gundelik.az xəbər verir ki, Azərbaycana dövlət səfərinə gəldiyinə görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təşəkkür edən dövlətimizin başçısı İlham Əliyev bu səfərə çox böyük əhəmiyyət verdiyini, onun ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət göstərəcəyinə əminliyini ifadə etdi. Qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə

Read More
Dünya Siyasət Xəbərlər

Şahbaz Şərif: İsveçrədə keçirilən İran-ABŞ danışıqları müsbət keçib

Bürgenştokda keçirilən İran-ABŞ danışıqları müsbət keçib və ümidverici nəticələr verib. Gundelik.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib. “Müzakirələr müsbət və konstruktiv atmosferdə keçdi və 60 gün ərzində yekun razılaşmaya nail olmaq üçün yol xəritəsi üzərində razılaşma, siyasi nəzarəti həyata keçirmək üçün yüksək səviyyəli komitənin yaradılması və əlavə texniki danışıqların başlanması da daxil olmaqla,

Read More
Dünya Siyasət Xəbərlər

İran XİN sözçüsü İsveçrədə ABŞ-la texniki danışıqların başladığını təsdiqləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün İsveçrədə İslamabad memorandumu çərçivəsində texniki danışıqların başladığını təsdiqləyib. Gundelik.az-ın xəbərinə görə, Bəqai bu barədə İRNA-ya müsahibəsində bildirib. Bəqai deyib ki, danışıqlarda İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Kazım Qəribabadi rəhbərlik edir. İran XİN sözçüsü qeyd edib ki, danışıqlar bazar günü Bürgenstokda İran və ABŞ nümayəndə

Read More
Dünya Siyasət Xəbərlər

Kir Starmer istefa verdi

Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verdiyini bildirib. Gundelik.az xəbər verir ki, bu barədə onun özü məlumat verib. Xatırladaq ki, Starmer təxminən iki il əvvəl böyük üstünlüklə seçkilərdə qalib gələrək ölkədə siyasi sabitliyin bərpa olunacağına dair vədlərlə hakimiyyətə gəlmişdi. Lakin son dövrdə onun reytinqi kəskin şəkildə aşağı düşüb.

Read More
Dünya Siyasət Xəbərlər

Cənubi Koreyada sabiq nazir 25 il müddətinə həbs edildi

Seul Rayon Məhkəməsi Cənubi Koreyanın keçmiş ədliyyə naziri Park Sun-jeni 25 il müddətinə azadlıqdan məhrum edib. Gundelik.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb. Sabiq nazir 2024-cü ilin dekabr ayında sabiq prezident Yun Sok Yol tərəfindən elan edilmiş hərbi vəziyyətin təşkilində iştiraka görə təqsirli bilinib. Agentliyin mənbəsi qeyd edib ki, Seul Rayon Məhkəməsinin 33 nömrəli

Read More
Siyasət Xəbərlər

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub. Gundelik.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Birgə Bəyanatı imzalayıblar.

Read More