Bürgenştokda keçirilən İran-ABŞ danışıqları müsbət keçib və ümidverici nəticələr verib.
Gundelik.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.
“Müzakirələr müsbət və konstruktiv atmosferdə keçdi və 60 gün ərzində yekun razılaşmaya nail olmaq üçün yol xəritəsi üzərində razılaşma, siyasi nəzarəti həyata keçirmək üçün yüksək səviyyəli komitənin yaradılması və əlavə texniki danışıqların başlanması da daxil olmaqla, ümidverici nəticələr verdi”, – deyə o qeyd edib.
O, Amerika və İran nümayəndə heyətlərinə konstruktiv əməkdaşlıq öhdəliklərinə görə minnətdarlığını bildirdirib.
