Ağsuda iki kəndin su probleminin həllinə 700 min manata yaxın pul ayrıldı
Ağsu rayonu Sanqalan və Quzey kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması işlərinə başlanılır. Gundelik.az xəbər verir ki, ADSEA-nın Regional Su Meliorasiya Xidməti hazırlıq işlərinə yekun vurub. Belə ki, qurum sözügedən işlərin icrasını “Hydro-Geo Environment Group” şirkətinə havalə edib və onunla müqavilə bağlayıb. Bağlanmış müqavilənin maliyyə dəyəri 682 manat olaraq müəyyənləşib.
