İyul 10, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Artan sərnişin tələbatını təmin etmək məqsədilə 1 fevral tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib. Gundelik.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək mümkündür. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Read More
Ölkə Xəbərlər

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir. Gundelik.az xəbər verir ki, bu məsələ yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsində əks olunub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, hər bir uşaq doğulduqdan sonra onun doğumu Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, “Azərbaycan Respublikasının vətəndaşlığı

Read More
Ölkə Xəbərlər

Ali Məhkəmə: Eyni cinayətə ikiqat hüquqi qiymət verilməsi qanunaziddir

Ali Məhkəmənin Cinayət kollegiyası vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edilib. Bu barədə Gundelik.az-a məhkəmədən məlumat verilib. Bildirilib ki, işin hallarına görə, məhkum vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib, habelə aldatma və etibardan sui-istifadə yolu ilə xüsusilə

Read More
Ölkə Xəbərlər

Azərbaycanda 3 mindən çox vətəndaşa aid fərdi məlumatların qanunsuz yayılmasının qarşısı alınıb

Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri çərçivəsində 3 000-dən çox Azərbaycan vətəndaşına aid fərdi məlumatların qanunsuz yayılması halları ilə bağlı operativ tədbirlər görülüb və pozuntuların aradan qaldırılması təmin edilib. Gundelik.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Qurum xatırladır ki, 28 yanvar dünyada Fərdi Məlumatların Mühafizəsi

Read More
Ölkə Xəbərlər

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Gundelik.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 20 ailə, 77 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad

Read More
Ölkə Xəbərlər

Bu yollarda tıxac var – SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Gundelik.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;4. Tbilisi prospekti, “20 Yanvar” metro

Read More
Ölkə Xəbərlər

Səhiyyənin Təminat Mərkəzinin direktoru işdən çıxarılıb

Səhiyyə Nazirliyinin Səhiyyənin Təminat Mərkəzinin direktoru Azər Nəsirov vəzifəsindən azad edilib. Gundelik.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb. Əmrlə bu vəzifəyə Etibar Muradov təyinat alıb. Digər əmrlə A.Nəsirov mərkəzin direktor müavini təyin edilib.

Read More
Ölkə Xəbərlər

Özbəkistandan Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda uyğunsuzluq aşkarlanıb

Özbəkistandan Azərbaycana gətirilən qurudulmuş yemiş və halva məhsullarında uyğunsuzluq aşkarlanıb. Bu barədə Gundelik.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, fiziki şəxs Rzayeva Səbinə Mansur qızının Özbəkistandan idxal etdiyi “İmronxon Umarxon Biznes” şirkətinin istehsalı olan 1008 kq qurudulmuş yemiş və “İspanza Oq Kishmish Uzumlari” şirkətinin istehsalı olan 288 kq halva məhsulundan AQTA müfəttişlərinin götürdüyü

Read More
Ölkə Xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 28-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Gundelik.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763

Read More
Ölkə Xəbərlər

Bu yollarda tıxac var – SİYAHI 

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Gundelik.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;5. “20 Yanvar”

Read More