İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Ağsuda iki kəndin su probleminin həllinə 700 min manata yaxın pul ayrıldı

Ağsu rayonu Sanqalan və Quzey kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması işlərinə başlanılır.

Gundelik.az xəbər verir ki, ADSEA-nın Regional Su Meliorasiya Xidməti hazırlıq işlərinə yekun vurub.

Belə ki, qurum sözügedən işlərin icrasını “Hydro-Geo Environment Group” şirkətinə havalə edib və onunla müqavilə bağlayıb.

Bağlanmış müqavilənin maliyyə dəyəri 682 manat olaraq müəyyənləşib.