Dini Komitənin iftar süfrələri 80 faizdən çox bahalaşıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu Ramazan bayramı ilə əlaqədar iki xarici ölkədə iftar süfrələri təşkil edəcək. Bu barədə Gundelik.az Fonddan məlumat əldə edib. Məlumata görə, iftar süfrələrinin Türkiyə və Gürcüstanda təşkil olunacağı planlaşdırılıb. Fond iftar süfrələrinin təşkilini yerli şirkət olan “The Event Company” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.
