Məmməd Musayev bu vəzifəsindən kənarlaşdırıldı
Bu gün “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib, qurumun İdarə Heyətinin (İH) yeni tərkibi təsdiq edilib. Gundelik.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, nazir Sahil Babayevin sədrliyi ilə keçirilən yığıncaqda İH-nin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə bağlı yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub.
