İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

“Balakən Konserv Zavodu” səhmdarlarına müraciət ünvanlayıb: dividentlərin əldə edilməsi üçün…

Ə.A.Ansuxski adına Balakən Konserv Zavodu” Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarına müraciət ünvanlayıb.

Gundelik.az xəbər verir ki, 21 iyun 2025-ci il saat 17:00 da Balakən şəhəri, R Səmədov küçəsi 20 ünvanında “Ə.A.Ansuxski adına Balakən Konserv Zavodu” ASC-nin səhmdarlarının növbəti illik ümümi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin sədrinin hesabatı 2. İllik maliyyə hesabatı və balansın təsdiqi
3. Maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiysının hesabatı
4. ASC-nin biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi ilə bağlı mexanizmin müəyyən edilməsi, dividentlərin əldə edilməsi üçün zəruri addımların atılması üzrə məsələlərin müzakirəsi
5. Digər məsələlər

Qeyd edək ki, sözügedən ASC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 281 958 manat olan şirkətin qanuni təmsilçisi Varansov Fizuli Əhma oğludur.

Gundelik.az