İyul 9, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

ADSEA 2,7 milyon manatlıq nəqliyyat vasitələri alır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti avtodartıcılar (yarımqoşqu ilə) alır. Gundelik.az-ın əldə etdiyi məlumata görə, 10 ədəd sözügedən nəqliyyat vasitəsinin alınması nəzərdə tutulub. Belə ki, qurum bununla bağlı müvafiq işlərə başlayıb. Eyni zamanda dövlət xidməti qeyd olunan nəqliyyat vasitələrinin satın alınmasının 2 741 750 manata başa gələcəyini proqnozlaşdırıb. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Pir Həsən ziyarətgahı təmir ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Gundelik.az xəbər verir ki, Sərəncama əsasən Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin

Read More
Ölkə Xəbərlər

Xaricdə təhsil almış 82 nəfərin diplomu tanınmadı

Aprel ayı üzrə 433 müraciətçinin 351-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 82 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Gundelik.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. Qeyd olunub ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 63 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan

Read More
Ölkə Xəbərlər

Bu ixtisaslara qəbul qaydası müəyyənləşdi

Qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə müsabiqə bakalavrın qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılacaq. Gundelik.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nda dəyişikliklər edib. Dəyişikliyə əsasən, qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə müsabiqə bakalavrın qabiliyyət imtahanlarında topladığı

Read More
Ölkə Xəbərlər

Banklar niyə köhnə dollar almaq istəmir?

Valyuta mübadiləsi zamanı insanlar tez-tez bankların köhnə seriyalı dollarları qəbul etməməsi və ya bunun üçün komissiya tələb etməsi faktı ilə qarşılaşırlar. Gundelik.az xarici mətbuata istinadən xəbər verir ki, xaricdə də köhnə əskinasları dəyişdirməkdə çətinliklər yaşanır. Köhnə dollarların problemi nədir və hansı əskinaslar köhnə hesab olunur? Bəzi banklar köhnə naxışlı əskinasları qəbul etməkdən imtina etməyə, digərləri isə

Read More
Ölkə Xəbərlər

I ixtisas qrupundan bu fənn çıxarıldı

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib. Gundelik.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. İndiyə qədər I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən

Read More
Ölkə Xəbərlər

Fəxrəddin Manafova vəzifə verildi

Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına üzv təyin olunub. Gundelik.az-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov Şuraya üzv təyin edilib. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Abel Məhərrəmov təltif olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Abel Məhərrəmov “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı ilə təltif olunub. Gundelik.az xəbər verir ki, medal AMEA-nın Rəyasət Heyətinin iclasında təqdim olunub. Medalı Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin təqdim edib. İclasda çıxış edən Sergey Aldoşin AMEA ilə Rusiya Elmlər Akademiyası arasında mövcud əməkdaşlıq əlaqələrinə toxunub,

Read More
Ölkə Xəbərlər

Nazir Cəmil Quliyevi sədr təyin etdi – FOTO

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilib. Gundelik.az-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin əmri ilə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şuranın sədri vəzifəsinə təyin olunub. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Azərbaycanda süni İntellektin inkişafında yeni mərhələ: iki Superkompüter Mərkəzi qurulur

Süperkompüter Mərkəzi — yüksək hesablama gücünə malik GPU çiplərindən istifadə edilən, böyük həcmli məlumatların emalı və süni intellekt modellərinin icrası üçün istifadə olunan texnoloji infrastrukturdur. Hazırda Azərbaycanda süni intellekt ekosistemini gücləndirmək məqsədilə iki Superkompüter Mərkəzi qurulur. Bu mərkəzlər həm dövlət sektorunun, həm də startap və innovativ biznesin süni intellekt layihələrinə texnoloji təkan dəstək məqsədilə yaradılır.

Read More