Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı
Tovuzda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kəndində fəaliyyət göstərən fərdi sahibkar Qasımov Aydın Məhəmmədəli oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Aşkar olunmuş
