İyul 9, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

“Azərdövlətsənayelayihə” 150 min manatlıq avtomobil alır

“Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu xidməti minik avtomobili sifariş edəcək. Gundelik.az bu barədə qurumdan məlumat əldə edib. Belə ki, satın alınması nəzərdə tutulan bir ədəd xidməti minik avtomobilinin 2024-cü il istehsallı və qara rəngdə olması əsas şərtlərdəndir. Qurum hazırda sözügedən nəqliyyat vasitəsini təhvil verəcək şirkət axtarışındadır. Eyni zamanda qurum bu avtomobilin 150 450 manata başa gələcəyini

Read More
Ölkə Xəbərlər

AZAL Moskvaya daha iki reysi təxirə salıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Gundelik.az-a verilən məlumata görə, AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə

Read More
Ölkə Xəbərlər

Prezidentdən Arif Babayevlə bağlı sərəncam

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilib. Gundelik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə may ayının pensiyaları ödənildi

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib. Gundelik.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Read More
Ölkə Xəbərlər

Sabaha olan hava proqnozu

Mayın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şimal-qərb küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-28° isti olacaq.

Read More
Ölkə Xəbərlər

Tərtər İH-nin əməkdaşları qəzaya düşdü

Hacıqabulda “Mercedes Vito” markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar. Gundelik.az Musavat.com-a istinadən xəbər verir ki, qəzaya düşənlər Tərtər İcra Hakimiyyətinin işçiləridir. Hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar, tədbir bitəndən sonra rayona qayıdırmışlar. Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi

Read More
Ölkə Xəbərlər

İcra hakimiyyəti üçün 162 minə yeni bina tikiləcək

Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti (RİH) üçün yeni inzibati bina inşa olunacaq. Gundelik.az xəbər verir ki, rayon icra hakimiyyətinin tikintisi dayandırılmış yeni inzibati binasının layihələndirilməsi işləri aparılacaq. Belə ki, RİH hazırda bununla bağlı müvafiq işlərə başlayıb. Qurum sözügedən işləri icra edəcək şirkət axtarışındadır. Eyni zamanda RİH inzibati binanın layihələndirilməsinin 162 604 manata başa

Read More
Ölkə Xəbərlər

DİN BNMİ-dən növbəti əməliyyat – 19 kq narkotik vasitə aşkarlandı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Gundelik.az xəbər verir ki, Abşeron rayonunda keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Elvin Quliyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, eləcə də 5 kiloqram heroin və metamfetamin

Read More
Ölkə Xəbərlər

To Lam Şəhidlər xiyabanını ziyarət etdi

Ölkəmizdə dövlət səfərində olan Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib. Gundelik.az xəbər verir ki, Baş katib To Lam Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonda Bakının ən hündür

Read More
Ölkə Xəbərlər

Qaxda silah-sursat aşkarlandı

Qax rayonunda odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Gundelik.az xəbər verir ki, polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan 2 ədəd “Kalaşnikov” avtomatı, daraqlar, 55 ədəd patron və 1 qumbara aşkarlanıb. Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. Gundelik.az

Read More