Bakı metrosu “Qarabağ”ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək
Sabah “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə işləyəcək. Gundelik.az xəbər verir ki, qurum “Qarabağ” Futbol Klubu və Şimali Makedoniya təmsilçisi “Şkendiya” arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək matçla əlaqədar iş rejimində dəyişiklik edəcək. “Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər
