İyul 13, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, lakin 12-dən 13-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə

Read More
Ölkə Xəbərlər

Laçında daxili yolların layihələndirilməsinə başlanılır

Laçın şəhərinin daxili yollarının 2 mərhələ üzrə layihələndirməsinə başlanılır. Gundelik.az-ın məlumatına görə, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işləri yekunlaşdırıb. Qurum sözügedən işlərin icrasını “Project Centre” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 1 milyon manat ödənilib. İşlərin həvalə olunduğu şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb.

Read More
Ölkə Xəbərlər

Lənkəranda yolun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisinə 1,5 milyon manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Gundelik.az xəbər verir ki, Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş

Read More
Ölkə Xəbərlər

Bayram Beqay İlham Əliyevə zəng etdi

Avqustun 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Gundelik.az xəbər verir ki, Bayram Beqay Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin və digər sənədlərin imzalanması ilə bağlı dövlətimizin başçısını təbrik edib. O, bu prosesdə nümayiş etdirdiyi əzmə və liderliyə görə Azərbaycan Prezidentinin rolunu xüsusi vurğulayıb.

Read More
Ölkə Xəbərlər

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Bu barədə Gundelik.az-a Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:16-da qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.1, dərinliyi 74 km olub. Gundelik.az

Read More
Ölkə Xəbərlər

İstirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıb

İstirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıb. DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Gundelik.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində avtomobildən pul və müxtəlif əşyalar oğurlanması barədə məlumat daxil olub. Keçirilən tədbirlərlə hadisəni törədənlərin paytaxt sakinləri Müşfiq Zeynalov və Akif Hüseynli olduqları müəyyən edilib və həmin şəxslər saxlanılıblar. Məhkəmənin

Read More
Ölkə Xəbərlər

Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb. Bu barədə Gundelik.az-a Fövqalədə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 10 avqust 2025-ci il tarixində FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə

Read More
Ölkə Xəbərlər

Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Avqustun 11-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Gundelik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 96, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə

Read More
Ölkə Xəbərlər

3 nəfərə professor elmi adının verilməsindən imtina edilib

2025-ci ilin I yarısında 84 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. Gundelik.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb. Belə ki, 18 nəfərə dosent, 3 nəfərə isə professor elmi adının verilməsindən imtina edilib. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Qusar rayonunda avtomobil yollarını vergi borcu olan şirkət təmir edəcək

Büdcədən kənar vəsaitlər hesabına Qusar şəhərində küçə və yolların əsaslı təmiri işləri aparılacaq. Gundelik.az-ın məlumatına görə, Qusar Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı müvafiq işlərə yekun vurub. Belə ki, RİH sözügedən işlərin icrasını “Ana-Yol” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 430 720 manat ödənilib. Qeyd edək ki, MMC-nin hazırda

Read More