Büdcədən kənar vəsaitlər hesabına Qusar şəhərində küçə və yolların əsaslı təmiri işləri aparılacaq.
Gundelik.az-ın məlumatına görə, Qusar Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı müvafiq işlərə yekun vurub.
Belə ki, RİH sözügedən işlərin icrasını “Ana-Yol” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 430 720 manat ödənilib.
Qeyd edək ki, MMC-nin hazırda dövlətə 14 742.81 manat vergi borcu vardır.
Məlumat üçün bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1.-ci maddəsinin tələblərinə görə də mümkün deyil, yəni qanun pozuntusudur.
Əlavə edək ki, işlərin həvalə olunduğu MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tariverdiyev Ədalət Qeysəddin oğludur.
Gundelik.az
