İyul 9, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Sabah hava necə olacaq?

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə

Read More
Ölkə Xəbərlər

Qədir Xəlilova yüksək VƏZİFƏ VERİLDİ

Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub. Gundelik.az xəbər verir ki, bu vəzifəyə hüquq elmləri üzrə fəlsəfə doktoru Qədir Xəlilov təyin edilib. Belə ki, o, 2025-ci ildən bu günədək Dövlət Proqramı İdarəetmə Qrupunda layihə rəhbəri olaraq fəaliyyət göstərib. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Xaricdə

Read More
Ölkə Xəbərlər

Azərbaycanda magistral su kəməri tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb

Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və trassa boyunca yerləşən mərkəzi su anbarların tikintisi çərçivəsində layihə-smeta sənədlərinin hazırlanmasına start verilib. Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Məlumata görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb. Layihə-smeta sənədlərinin hazırlanmasına 961.000 manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Read More
Ölkə Xəbərlər

Tikinti obyektlərində yoxlama – Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq cərimə

Azərbaycanda son 9 ildə tikinti obyektlərində 1 677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi məlumat yayıb. Mərkəz fəaliyyətə başladığı tarixdən etibarən tikinti obyektlərində əmək münasibətlərinin vəziyyətinin araşdırılması məqsədilə 380 səyyar yoxlama həyata keçirib.

Read More
Ölkə Xəbərlər

Bu ərazilərdə məcburi köçkün evlərinin təmir olunacaq

Bakı, Sumqayıt, Mingəçevir şəhərilərində və Biləsuvar, Bərdə rayonlarında salınmış məcburi köçkün qəsəbəsində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub. Gundelik.az xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti müvafiq hazırlıqları yekunlaşdırıb. Belə ki, təmir işlərini “İs Təmir Tikinti” şirkəti həyata keçirəcək. Təmir

Read More
Ölkə Xəbərlər

Bu gün Bakının iki rayonunda qaz kəsiləcək

Bu gün Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatın dayandırılacaq. Bu barədə Gundelik.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.

Read More
Ölkə

Çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Read More
Ölkə Xəbərlər

Naftalanda mənzillər təmir olunacaq

Naftalan şəhərində mənzil fondunun əsaslı təmiri işləri həyata keçiriləcək. Bu barədə Gundelik.az Naftalan Rayon İcra Hakimiyyətindən məlumat əldə edib. Məlumata əsasən, icra hakimiyyətinin Naftalan Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi bununla əlaqədar hazırlıqlara başlayıb. Qurum təmir işlərini aparacaq şirkət axtarışındadır.

Read More
Ölkə Xəbərlər

Sabirabadda abadlıq işləri aparılacaq

Sabirabad rayonunda yolların əsaslı təmiri və abadlıq işləri görüləcək. Bu barədə Gundelik.az Sabirabad Rayon İcra Hakimiyyətindən məlumat əldə edib. Məlumata əsasən, qurum bununla əlaqədar müvafiq hazırlıq işlərinə başlayıb. Yolların əsaslı təmiri və abadlıq işləri ilə bağlı dair layihə-smeta sənədlərinin hazırlanması həyata keçiriləcək.

Read More
Ölkə Xəbərlər

FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın bəzi ərazilərində gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Gundelik.az-a nazirlikdən məlumat verilib. Bildiirlib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. “Bundan əlavə, güclü küləyin baş verən

Read More