İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda magistral su kəməri tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb

Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və trassa boyunca yerləşən mərkəzi su anbarların tikintisi çərçivəsində layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.

Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.

Layihə-smeta sənədlərinin hazırlanmasına 961.000 manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.