Bakı metrosunda interval 1 dəqiqə 45 saniyəyə endirildi
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən sentyabrın 15-dən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endiriləcək. Bu göstərici 34 cüt/saat prinsipi (1 saat ərzində 1 stansiyadan hər iki istiqamətdə keçən qatarların sayı) əsasında əldə olunub və bununla da son bir il
