Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olub. Gundelik.az xəbər verir ki, Silahlı Qüvvələrin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndlərdən biri də Badaradır. Qeyd edək ki, o vaxtdan indiyədək kənddə sosialyönümlü bir sıra layihələr icra olunub. Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub,
