İyul 13, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

“Qarabağ”ın oyununa 27 500 bilet satılıb

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa indiyədək 27 500 bilet satılıb. Bu barədə Gundelik.az-a Ağdam klubundan məlumat verilib. Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Gundelik.az  

Read More
Ölkə Xəbərlər

Metropoliten sədrinə yeni müşavir təyin edildi

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanova yeni müşavir təyin edilib. “APA-Economics” xəbər verir ki, bu vəzifə Fuad Rəfiyevə həvalə olunub. Qeyd edək ki, F.Rəfiyevdən öncə Orxan Yenigün, Emil Əhmədov, İnarə Vəliyeva da V.Aslanovun müşaviri vəzifəsinə təyinat alıb. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Bu ilin yay ayında 100-ə yaxın insanı gün vurub

Bu ilin yay mövsümündə (iyun, iyul, avqust) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 100-ə yaxın şəxsin müraciəti qeydə alınıb. Bu barədə Gundelik.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərdən 76-sı Bakı şəhəri üzrə olub və onlardan 36 nəfər aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya edilib. Digər 35 nəfərə yerində tibbi yardım göstərilib,

Read More
Ölkə Xəbərlər

Milli Məclisin deputatları Anım Günü ilə bağlı dünya parlamentlərinə müraciət ediblər

“Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü ilə əlaqədar beynəlxalq parlament təşkilatlarındakı və xarici ölkələrin parlamentlərindəki həmkarlarına müraciət ünvanlayıblar”. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Gundelik.az-a verilən xəbərə görə, müraciətdə ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan Respublikasının təcavüzkarlıq siyasəti nəticəsində

Read More
Ölkə Xəbərlər

Gəlin maşınının qarşısını kəsib nərd oynadılar – Bəyin 4 dostu həbs edildi

Sentyabrın 23-ü Astara rayonunda toy karvanının qarşısını kəsərək magistral yolda sıxlığa səbəb olan və ictimai asayişi pozan bir qrup şəxs məsuliyyətə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Təngərüd kəndindən Balaca Şahağacı kəndinə gəlin gətirilərkən bəyin bir neçə dostu yolda avtomobilin qarşısını kəsib. Belə ki, onlar yolun hərəkət istiqamətində dayanaraq gəlin maşınının qarşısını kəsib

Read More
Ölkə Xəbərlər

14 kiloqramdan artıq narkotik aşkarlandı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 25-də ümumi çəkisi 14 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib. Gundelik.az

Read More
Ölkə Xəbərlər

1 548 nəfər dövlət qulluğu vəzifələri üzrə imtahan verdi

Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirib. DİM-dən Gundelik.az-a bildirilib ki, imtahanda ümumilikdə 1548 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB2 altqrupu üzrə 1 nəfər, AB3 altqrupu üzrə 2 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 9 nəfər,

Read More
Ölkə Xəbərlər

Külli miqdarda metadon aşkar edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə – metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Gundelik.az-a verilən məlumata görə, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt Peterburq – Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz

Read More
Ölkə Xəbərlər

Bakının üç rayonunda qaz olmayacaq

Bu gün Bakının Nəsimi, Qaradağ və Yasamal rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Bu barədə Gundelik.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, “Alatava” qazpaylayıcı stansiyadan (QPS) qidalanan “Mikrorayon” 500 mm-lik orta təzyiqli qaz kəməri üzərində atıcı klapanın quraşdırılması, həmçinin “Duvannı” QPS-də qəbul qaz xəttində istismara yararsız siyirtmənin dəyişdirilməsi

Read More
Ölkə Xəbərlər

“Port Baku”nun qarşısında qəza oldu, sıxlıq yarandı

Bakıda yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub. Gundelik.az xəbər verir ki, hadisə yerli vaxtla saat 18:05 radələrində Neftçilər prospektində (Nobel prospekti istiqaməti, Port Baku-nun qarşısı) qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili yolun kənarında dayanmış digər nəqliyyat vasitəsinə çırpılıb. Bu səbəbdən hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Gundelik.az 

Read More