Bakıda yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub.
Gundelik.az xəbər verir ki, hadisə yerli vaxtla saat 18:05 radələrində Neftçilər prospektində (Nobel prospekti istiqaməti, Port Baku-nun qarşısı) qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yolun kənarında dayanmış digər nəqliyyat vasitəsinə çırpılıb. Bu səbəbdən hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Gundelik.az
