Avqust 23, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsini və strukturunu təsdiq edib. Gundelik.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir. Mərkəzi icra hakimiyyəti orqanları, nizamnamələrinə əsasən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan

Read More
Ölkə Xəbərlər

Sabah 36 dərəcə isti olacaq

Azərbaycanda avqustun 21-də havanın 36 dərəcə isti olacağı gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət

Read More
Ölkə Xəbərlər

Azərbaycanda güzəştli mənzillərin seçimi daha da asanlaşdırılıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) vətəndaşların məmnunluğunun artırılması, “Güzəştli mənzil” sistemindən istifadənin daha əlçatan olması məqsədilə mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edib. Gundelik.az bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, güzəştli mənzillərin növbəti seçimi zamanı tətbiq ediləcək yeniliklərdən biri seçim üsulu ilə bağlıdır. “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə

Read More
Ölkə Xəbərlər

Nazir müşavirini işdən çıxardı

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri İlham Nəsirov vəzifəsindən azad olunub. Gundelik.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb. Qeyd edək ki, İ.Nəsirov 2023-cü ilin noyabr ayında o zaman ekologiya və təbii sərvətlər naziri postunu tutan Muxtar Babayevin müşaviri təyin olunmuşdu. O, daha əvvəllər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.

Read More
Ölkə Xəbərlər

“WhatsApp” və sosial şəbəkələrdə kiberdələduzluq halları artıb

Son dövrlərdə rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemində və sosial şəbəkələrdə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi və kiberdələduzluq halları kəskin artıb. Gundelik.az-ın xəbərinə görə, araşdırmalar göstərir ki, dələduzlar vətəndaşların pul vəsaitlərini mənimsəmək üçün sosial mühəndislik üsullarından geniş istifadə edirlər. Bildirilib ki, geniş yayılan üsullardan biri sosial şəbəkələrdə vətəndaşların dost və ya qohumlarının adından saxta

Read More
Ölkə Xəbərlər

“Ucuz Store”da saxta aksizli içkilər aşkarlandı – İki nəfər cərimələndi

Yasamal rayonunda fəaliyyət göstərən “Ucuz Store” mağazasında keçirilən operativ vergi nəzarəti zamanı saxta aksiz markaları ilə markalanması ehtimal olunan spirtli içkilər aşkarlanıb. Gundelik.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yoxlama zamanı mağazada satış məqsədilə saxlanılan ümumilikdə 203 ədəd alkoqollu içki müəyyən edilib. Malların ümumi alış dəyəri 847 manat 50 qəpik olub. Vergi əməkdaşları tərəfindən içkilər götürülərək

Read More
Ölkə Xəbərlər

Bakıda 174 ət mağazasında nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) antisanitar şəraitdə, küçə və yol kənarlarında, eləcə də kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, cari il ərzində AQTA tərəfindən Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətlərinin əməkdaşları

Read More
Ölkə Xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq

Azərbaycanın rayonlarında avqustun 20-də yağışlı hava gözlənilir. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%,

Read More
Ölkə Xəbərlər

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq. Gundelik.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib.

Read More
Ölkə Xəbərlər

“By Ella” ləqəbli bloqer həbs edildi

Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloqer hava limanında saxlanılıb. Gundelik.az “Unikal”a istinadən xəbər verir ki, Lalə İlham qızı Məmmədova məhkəmə qarşısına çıxarılıb. Ona qarşı Cinayət Məcəlləsinin  206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3

Read More