Prezident xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsini təsdiqləyib
Prezident İlham Əliyev xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsini təsdiqləyib. Gundelik.az xəbər verir ki, dövlət başçısı bununla bağlı “Kinematoqrafiya haqqında” qanuna dəyişiklikləri imzalayıb. Belə ki, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək. Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq
