Ecazkar yeraltı dünya – metro
London metropoliteni dünyada ən qədim metrodur. İlk metro məhz İngiltərədə inşa olunub. O, 1863-cü ildən bu yana fasiləsiz olaraq xidmət göstərir və hər gün 3 milyon insan daşıyır ki, bu da bir ildə 1 milyard sərnişin deməkdir. London metrosu 12 xətdən ibarətdir və 270 stansiyaya malikdir. Xətlərinin uzunluğuna görə dünyada birinci yeri Şanxay metrosu tutur.
