İyul 8, 2026
Baku

Hadisə

Hadisə Ölkə Xəbərlər

Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı 

Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib. Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallara görə, 40 yaşlı iş adamı ürəktutmadan həyatını itirib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb. Məlumat üçün bildirək ki, mərhum

Read More
Hadisə Xəbərlər

Şəkidə 64 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Şəkidə 64 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Gundelik.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Kiçik Dəhnə kənd sakini Məcidov Ramis Növzət oğlu yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşən transformatora yaxınlaşaraq içərisində olan elektrik naqillərindən tutması səbəbindən ölüb. Yaxınlarının deməsinə görə, mərhum R.Məcidov uzun müddət psixi xəstəlikdən əziyyət çəkib, xəstəliyi ilə əlaqədar müalicə almasına baxmayaraq

Read More
Dünya Hadisə Xəbərlər

İrandan atılan raket Türkiyənin hava sahəsində zərərsiz hala gətirildi

İrandan atılan ballistik raket Türkiyənin hava sahəsində zərərsiz hala gətirilib. Gundelik.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Read More
Hadisə Xəbərlər

Özünü bank əməkdaşı kimi təqdim edərək 13 min manat taladı, saxlanıldı

Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı maddi vəsaitin talandığını bildirib. Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Belə ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən ona zəng edərək kartına müdaxilə olunduğunu bildirib. Kart məlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 min manatı ələ keçirilib. Nəsimi RPİ

Read More
Dünya Hadisə Xəbərlər

BƏƏ münaqişə başlayandan bəri İrandan 189 raket atışı qeydə alıb

Münaqişənin başlanğıcından bəri BƏƏ İran ərazisindən 189 ballistik raket və 941 PUA-nın buraxılışını qeydə alıb. Gundelik.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranın ölkəyə hücumları nəticəsində yaralananların sayı 78-ə çatıb.

Read More
Dünya Hadisə Xəbərlər

İran “Saudi Aramco”nun neft emalı zavoduna yenidən hücum etdi

İran yenidən “Saudi Aramco” şirkətinin Səudiyyə Ərəbistanının Ras-Tannura şəhərində yerləşən ən böyük neft emalı zavoduna (NEZ) hücum edib. Gundelik.az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, ölkənin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını zərərsizləşdirib. “İlkin qiymətləndirmələrə görə, hücum PUA vasitəsilə həyata keçirilib və heç

Read More
Dünya Hadisə Xəbərlər

Şri-Lanka sahillərində sualtı qayıq İran gəmisinə hücum edib: 101 nəfər itkin düşüb, 78 yaralı var

Şri-Lanka sahillərində sualtı qayıq İran gəmisinə hücum edib. Gundelik.az “Reuters“ə istinadən xəbər verir ki, nəticədə 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb. Hələlik hadisənin detalları açıqlanmayıb. Bəzi mənbələr 30-dan çox insanın xilas edildiyini bildirir.

Read More
Dünya Hadisə Xəbərlər

İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb

İran yüzlərlə pilotsuz uçuş aparatı ilə ABŞ-nin İraq və Küveytdəki obyektlərinə hücum edib. Gundelik.az “Al-Jazeera”ya istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. Məlumata görə, İran Yaxın Şərqdə ABŞ qoşunlarının yerləşdiyi bir neçə obyektə, o cümlədən İraqın Ərbil şəhərindəki bazaya, eləcə də Küveytdəki Əli əl-Salim aviabazasına və Arifac düşərgəsinə

Read More
Dünya Hadisə Xəbərlər

Qətər SEPAH-ın casus şəbəkələrini aşkarladı: həbs edilənlər var

Qətərdə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı iki casus şəbəkəsi aşkarlanıb, 10 nəfər həbs edilib. Gundelik.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” Qətərin rəsmi xəbər agentliyinə istinadən məlumat yayıb. “Dəqiq müşahidə və izləmə əməliyyatları nəticəsində 10 nəfər tutulub. Onlardan yeddi nəfərə ölkənin həyati vacib və hərbi infrastrukturu haqqında məlumat toplamaq tapşırılıb, digər üçü isə təxribat

Read More
Dünya Hadisə Xəbərlər

KİV: Tehran və İsfahanda partlayışlar baş verib

İranın paytaxtı Tehranda və ölkənin mərkəzi hissəsində yerləşən İsfahan şəhərində partlayışlar baş verib. Gundelik.az-ın məlumatına görə, bu barədə Tasnim agentliyi xəbər yayıb. Partlayışların səbəbi, dağıntı və itkilər barədə heç bir məlumat yoxdur.

Read More