Fethiyedə meşə yanğınına müdaxilə davam edir
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda meşəlik ərazidə baş verən yanğının nəzarət altına alınması istiqamətində işlər fasiləsiz davam etdirilir. Yanğının söndürülməsinə 417 nəfərlik şəxsi heyət, 126 texnika və xüsusi təyinatlı iş maşını cəlb olunub. Yanğın Gökçeovacık məhəlləsində meşəlik ərazidə hələlik məlum olmayan səbəbdən başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Muğla Meşə Regional İdarəsinin və
