Sentyabr 21, 2026
Baku

Elm və təhsil

Elm və təhsil Xəbərlər

Bu universitet 2,5 milyon manatlıq məhsul alır

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası bir sıra sərfiyyat mallarının satın alınması ilə bağlı hazırlıqlara başlayıb. Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir. Məlumata görə, koronar və periferik stentlər, xüsusi balonlar və digər invaziv sərfiyyat mallarının satın alınması nəzərdə tutulub. Sərfiyyat mallarının satınalınmasına 2,5 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Read More
Elm və təhsil Xəbərlər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlanır

Bu gündən 2026/2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test imtahanı mərhələsi başlanır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Gundelik.az-a bildirilib ki, test imtahanları iyulun 14-dən 18-dək ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq. Namizədlər imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatı şəxsi kabinetləri vasitəsilə əvvəlcədən əldə ediblər.

Read More
Elm və təhsil Ədəbiyyat

AZƏRBAYCANIN YAŞIL ENERJİ SİYASƏTİ: RUSİYA İLƏ ƏMƏKDAŞLIQ İMKANLARI

    Dünyada bərpa olunmayan enerji mənbələri tükənən olduğundan, həm də onların istehsalı prosesi ətraf mühitə zərər verdiyindən alternativ enerji resurslarından istifadə edilməsi aktualdır və bu sahədə tədarükçü və istehlakçı ölkələr arasında əməkdaşlığın mühüm perspektivləri vardır. Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet istiqamət kimi irəli sürülüb və 2030-cu ilədək

Read More
Elm və təhsil Xəbərlər

Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı müraciət edib

“Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil “ekspertləri” kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir”. Gundelik.az xəbər verir ki, bu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaydığı məlumatda əksini tapıb.

Read More
Elm və təhsil Ədəbiyyat Müsahibə

“Böyük ədəbiyyat insanın ruhuna toxunanda yaşayır”-Vəsilə Möhsümova

“Ədalət dövlətin sütunu, ədəbiyyat isə millətin vicdanıdır” – Sosial ədalət və müasir Azərbaycan ədəbiyyatı haqqında düşüncələr… İnsan cəmiyyətinin tarixini vərəqlədikcə bir həqiqət dəyişməz olaraq qalır: dövlətləri güclü edən yalnız sərhədlər, ordular və iqtisadi göstəricilər deyil. Dövləti yaşadan ən böyük qüvvə onun vətəndaşlarının ədalətə olan inamıdır. Ədalətin olmadığı yerdə qanunlar kağız üzərində qalır, rifah müvəqqəti xarakter

Read More
⁠Ailə, qadın və uşaq Ədəbiyyat

Mühacirətin Qələmi: Leyla Vəkilli

Yalnız başqaları üçün yaşanmış həyat dəyərli bir həyatdır. Albert Eynşteyn Bir qadın düşünün… Doğulduğu şəhərin küçələri onun ilk addımlarını xatırlayır, amma ruhu heç vaxt ayaq basmadığı bir vətənin yollarında dolaşır. Uşaqlığı başqa bir ölkənin səması altında keçir, lakin ailə süfrəsində danışılan hər xatirə onu görünməz tellərlə Azərbaycana bağlayır. Bir soyadını sadəcə daşımır, onun tarixini, ağrısını

Read More
Ədəbiyyat Tarixdə bu gün

8 İyul – Fransız şairi, təmsilçi Jan de Lafontenin 405 illiyi, (08.07.1621-1695)

Lafonten təmsilləri təkcə fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının incisi hesab  olunur. Süjet xətti real həyatdan və qədim yunan klassikləri Fedr və Ezopdan, hind, ərəb nağıllarından götürülmüşdür. Fransız şairi, təmsilçisi Jan de La Fonten 8 iyul 1621-ci ildə Fransada, Şato-Tyerridə anadan olmuşdur. Atası meşə idarəsində işlədiyi üçün gələcək şairin uşaqlığı da meşələrdə, çöllərdə keçmişdir. 1647-ci ildə

Read More
Elm və təhsil Mədəniyyət və cəmiyyət Xəbərlər

Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanılıb

Bu gündən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsi keçiriləcək. Gundelik.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, seçimlər iyulun 20-dək davam edəcək. Bildirilib ki, qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid

Read More
Elm və təhsil Xəbərlər

DİM jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib

Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Bu barədə Gundelik.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə

Read More
Elm və təhsil Xəbərlər

II və III ixtisas qrupları üzrə imtahan suallarının cavabları açıqlanıb

5 iyul 2026-cı il tarixində keçirilən II və III ixtisas qrupları üzrə qəbul imtahanında istifadə edilən test tapşırıqlarının düzgün cavabları və izahları açıqlanıb. Gundelik.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Məlumata əsasən, imtahan iştirakçıları, valideynlər, müəllimlər və ekspertlər II və III ixtisas qrupları üzrə bütün test tapşırıqlarının izahları, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli

Read More