İyul 8, 2026
Baku

Ədəbiyyat

Ədəbiyyat Tarixdə bu gün

28 Avqust – Ağəddin Mansurzadə Ağəddin Mansurzadənin 85 illiyi, (1940- 2008)

    Mansurzadə Ağəddin Mansur oğlu 1940-cı il avqustun 28-də Masallı rayonunun Qodman kəndində kolxozçu ailəsində anadan olmuşdur. ADU – nun jurnalistika fakultəsini bitirmişdir (1963-1968). Ədəbi yaradıcılığa 1964-cü ildən “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “İslam və onun briqadası” adlı ilk oçerki ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri dünya xalqları dillərində

Read More
Ədəbiyyat Tarixdə bu gün

28 Avqust   Yazıçı Əlibala Hacızadənin 90 illiyi, (1935-2009)

   Əlibala Hacızadə 1935–ci il  avqustun 28–də  Biləsuvar rayonunun  Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun  Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra  ADU–nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır ?1953-1958) Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958) . Əfqanıstanda mütərcimlik etmişdir (1966-1970). Sonra yenidən Azərbaycan EA Yaxın və

Read More
Ədəbiyyat Tarixdə bu gün

Fenomenal ədib-Qəzənfər Paşayev

Hər insan sirli-sehrli bir aləm, yazılmamış bir kitabdır. Yaradıcı insanın könül dünyası daha cazibədar, təlatümlü, coşğun üfüqləri isə daha geniş, əngin və əlçatmaz olur. Bu dünyanın öz Günəşi, Ayı, ulduzları, öz güllü-çiçəkli yazları, vaxtlı-vaxtsız saralıb solan payızlıarı, əsrarəngiz qışları var. İnsan dünyasını dəyişdikdən sonra ömrünü həyatda qalanların xatirəsində davam etdirir. Bunun üçün ölməzdən əvvəl insana

Read More
Ədəbiyyat Xəbərlər

İnsan başqasının və ya başqalarının məsuliyyətini daşımaqdan imtina etdikdə məhv olur – Aqşin Yenisey yazır…

Dostluq nədir? Özünə aid etdiyin və aid olduğun birinin məsuliyyətini daşımaq.  Vətən nədir? Özünə aid etdiyin və aid olduğun bir ərazinin məsuliyyətini daşımaq. Ailə nədir? Özünə aid etdiyin və aid olduğunu qrupun məsuliyyətini daşımaq.  Xoşbəxtlik və bədbəxtlik bu məsuliyyətin nəticəsidir və həmişə başqasıyla bağlıdır. İnsanın özünə aid məsuliyyəti yoxdur. Robinzonun belə ada yaşayarkən xəyali bir

Read More
Ədəbiyyat

Maralla qurbağanın söhbəti

Bir də görürsən səfehin biri durub deyir ki, mən Napaleonu sərkərdə hesab etmirəm. Deyirlər ay qardaş, axı sən deyəsən bir az çox getdin. Qayıdıb deyir ki, əşi mənim Napaleon adlı problemim yoxdur. Yaxud ata-babasını dəqiq tanımayan biri qayıdıb deyir ki, filankəs mənim mənəvi atamdır. Son dövrlər bir qrup sərsəm, iddiaları ilə müddəaları uyğun gəlməyən “siyasətçi”

Read More
Ədəbiyyat Tarixdə bu gün

25 Avqust Şair Ağasən Bədəlzadənin anadan olmasının 85 illiyi, (1940)

Bədəlov Ağasən Mehdi oğlu 1940-cı il avqustun 25-də Azərbaycanın İsmayıllı rayonundakı Pirəbilqasım kəndində kolxozçu ailəsində anadan olmuşdur. “Od təmizliyi”, “Həyat eşqi”, “Bu dünya qaranlıq olmur” və bir çox bu qəbildən şeirləri ilə şair əmindir ki, yalnız işıq, Günəş, mübarizə çırağı insanı səfərbər edər, ona düzgün yol göstərər. “İşıq-qaranlıq” şeirində biz şair yetkinliyinin daha bir məqamı

Read More
Ədəbiyyat Xəbərlər

Ənənəvi siyasətin, dinin, sənətin, tarixin daşlaşmış strukturu artıq fuksionallığı itirib – Aqşin Yenisey

Günümüzün ən yayğın anlayışlarından biri dekonstruksiyadır.  Bu gün hər bir sahədə təməl ideyaların dekonsturksiyası baş verir. Siyasət, din, fəlsəfə, elm, sənət özünə aid strukturları “sökür”.  Dekonstruksiya anlayışını dünyadan xəbərsiz adamlar var olanları uçurub-dağıtmaq kimi başa düşürlər. Halbuki dekonstruksiya, Derridanın sözləriylə desək, uçurub-dağıtmaq yox, strukturu təşkil edən qatları bir-birindən ayırmaqdır.  Dekonstruksiyanın məqsədi strukturun quruluşunun gizlədiyi həqiqətləri

Read More
Elm və təhsil Ədəbiyyat

Mahnı yelkəninə çevrilən şair-İslam Səfərli

Ziyalı timsalında el özünün zehni, mənəvi varlığının gerçəkliyini, öz ideallarının carçısını görür. Əsl ziyalılara həmişə ehtiram, qayğı bəsləyir, onlara güvənir. Müasir dünyada öz milli mövqeyini dərk etməkdə onlara hərəkətverici qüvvə kimi baxır. Ziyalı adını ləyaqətlə daşıyanlar  isə elin etibarını, ümidini  doğrultmağı  müqəddəs borc sayırlar. Böyük  insan, dramaturq  nəğməkar şair, içtimai xadim İslam Səfərli onların önündə

Read More
Ədəbiyyat

Vaqif Səmədoğu sənətinin təkrarsızlığı

 Doğuldum 1939-da.   1937-də tutuldum. 48-də nənəm öldü,  ömrümdə ilk dəfə  ölüyə ağladım.  Balıqlar saxladım  Akvariumda.   Açıq qaldı pəncər  bir qış gecəsi.   Dondu balıqlar…  İndi 1965-in  Yanvar gecəsidir. Deyəsən yaşamaq istəyirəm.    “Hər oxuyan Molla Pənah olmaz” deyiblər. Hər şair də Vaqif olmur. Nə Molla Pənah Vaqif, nə Səmədoğlu Vaqif… Vaqif Səmədoğlu yaradıcılığı

Read More
Ədəbiyyat

Sözün yağışı-İmarət Cəlilqızı şeirlərindən

ƏVVƏL ONUN, SON ONUN Tanrı bilib… Əzəldən duyan ürək veribdir, cılız, balaca da yox, ümman ürək veribdir — tərk edilmiş qəmlərə yer ayırsın içində, o qəmləri də görsün Son qapını açanda. Tanrı bilib… Əzəldən münbit ürək veribdir, acı tikan sancsalar, becərib gül eyləsin, igid ürək veribdir, yaralayıb qaçsalar, su atıb əl eyləsin. Tanrı bilib… Əzəldən

Read More