“Çelsi” futbolçusunu icarəyə verdi
“Çelsi” müdafiəçisi Mamadu Sarrı icarəyə verib. Gundelik.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futblçu Fransanın “Strasburq”una keçib. Onunla 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Sarr Fransanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının da üzvüdür. Gundelik.az
