İyul 8, 2026
Baku

Dünya

Dünya Siyasət Xəbərlər

Media: ABŞ-İran danışıqları İslamabadda baş tuta bilər

İslamabad İran və ABŞ rəsmiləri arasında 11 iyulda keçirilməsi gözlənilən yeni danışıqlar raundu üçün ən çox ehtimal olunan yerdir. Bu barədə Gundelik.az “Dawn” qəzetinə istinadən xəbər verir. “Texniki danışıqlar üçün iki mümkün yer var: Pakistanın paytaxtı və İsveçrənin Bürgenştok şəhəri. Lakin, İslamabad ən çox ehtimal olunan seçimdir. Bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib“,

Read More
Dünya Siyasət Xəbərlər

Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistanda səfərdədir

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistanda səfərdədir və burada ölkə rəsmiləri ilə görüşlər keçirəcək. Bu barədə  Gundelik.az-a Aİ-nin xüsusi nümayəndəsinin Brüsseldəki ofisindən bildirilib. M.Qrononun ofisindən səfər proqramının digər təfərrüatları açıqlanmayıb. Daha əvvəl Maqdalena Qrono Azərbaycana səfər edib və iyunun 25-26-da burada ölkə rəsmiləri ilə görüşlər keçirib.

Read More
Dünya Hadisə Xəbərlər

İraq SEPAH generalını arzuolunmaz şəxs elan etdi

Bu gün İraq hökuməti SEPAH-ın Qüds qanadının komandanı, general İsmayıl Qaanini arzuolunmaz şəxs (persona non grata) elan edib. Gundelik.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə Fransanın ərəbdilli “Monte Carlo Doualiya” nəşri məlumat yayıb. Bildirilib ki, qərar İran Xarici İşlər Nazirliyinə çatdırılıb. Habelə İran rəsmilərinin İraqın “Həşd-Şəbi” və digər silahlı qruplaşmalarla görüşlərinin qadağan

Read More
Dünya Hadisə Xəbərlər

Şri-Lankada həbsxanada üsyan olub, ölən və yaralananlar var

Şri-Lankanın Neqombo şəhərində yerləşən həbsxanada üsyan baş verib. Gundelik.az-ın “Lanka Sara”ya istinadən xəbərinə görə, qarşıdurmalarda ölənlərin sayı 25 nəfərə çatıb. Polis əməkdaşları da daxil olmaqla, ümumilikdə 60-dan çox insan xəsarət alıb və xəstəxanalara yerləşdirilib. Onların odlu silahdan açılan atəşə məruz qaldıqları bildirilib. Şri-Lanka mediasının məlumatına görə, Neqombo həbsxanasındakı məhbuslar bazar günü səhər saatlarında təşkil olunmuş

Read More
Dünya Xəbərlər

ABŞ-da güclü isti hava dalğası 25 nəfərin ölümünə səbəb olub

ABŞ-da təxminən bir həftədir davam edən güclü isti hava dalğası nəticəsində azı 25 nəfər həyatını itirib. NBC News-un məlumatına görə, ölkə üzrə təxminən 40 milyon nəfər üçün isti hava xəbərdarlığı elan edilib. Xüsusilə ölkənin şərq və cənub bölgələrində havanın temperaturu 40,5 dərəcəyədək yüksəlib. Nyu-York şəhərində istilə bağlı yaranan sağlamlıq problemləri səbəbindən 378-dən çox insan təcili

Read More
Dünya Hadisə Xəbərlər

Türkiyədə toyda kütləvi zəhərlənmə: 50 nəfər xəstəxanalara yerləşdirildi

Türkiyənin Çorum şəhərində toyda qidadan kütləvi zəhərlənmə olub. Gundelik.az xəbər verir ki, bu barədə “İhlas” agentliyi məlumat verib. Bildirilib ki, mərasimdə təxminən 50 nəfərin halı pisləşib. Qeyd olunur ki, ürəkbulanma, qusma və qarın ağrısı əlamətlərinin müşahidə olunduğu qonaqlar xəstəxanalara çatdırılıblar. Lazımi müalicə aldıqdan sonra onlar evə buraxılıblar. Zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edən vətəndaşların ümumi

Read More
Dünya Xəbərlər

Fransada muzeydən milyonlarla avroluq zinət əşyaları oğurlanıb

Fransanın şimal-şərqində yerləşən Bas-Ren departamentindəki Lalik Muzeyindən milyonlarla avro dəyərində zinət əşyaları oğurlanıb. Yerli KİV-in məlumatına görə, oğurluq hadisəsi ötən gün yerli vaxtla saat 05:00–06:00 radələrində Bas-Ren departamentinin Vingen-sür-Moder şəhərində yerləşən muzeydə baş verib. Oğrular fransız şüşə və zərgərlik ustası Rene Lalikə məxsus təxminən 650 əsərin nümayiş olunduğu muzeyin giriş qapısını və altı vitrini sındırıblar.

Read More
Dünya Hadisə Xəbərlər

Fransada meşə yanğınları: 10 min nəfər təxliyə edildi

Fransanın Şərqi Pireney departamentində güclü meşə yanğınları səbəbindən təxminən 10 min nəfər təxliyə edilib. Gundelik.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes “France 2” telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, yanğın azı 4 500 hektar ərazini əhatə edib: “Yanğın səbəbindən artıq keçən ilin eyni dövrü üçün 5 700 hektarla müqayisədə 11

Read More
Dünya Hadisə Xəbərlər

Ermənistanda partiya rəhbərinin mənzilində axtarışlar aparılır

Çiçəklənən Ermənistan Partiyasının rəhbəri, iş adamı Qaqik Tsarukyanın mənzilində axtarışlar həyata keçirilir. Gundelik.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə sözügedən siyasi təşkilatın mətbuat katibi İveta Tonoyan məlumat verib. Tsarukyanın vəkillərinin mənzilə daxil olmasına icazə verilmir. İlkin məlumata görə, partiya liderinə məxsus obyektlərdə də yoxlamalar aparılır. Ermənistan İstintaq Komitəsindən bildirilib ki, cinayət işi çərçivəsində

Read More
Dünya Hadisə Xəbərlər

Kaliforniyada 400-dən çox adam həbs edildi

Kaliforniya ştatının sahil şəhəri olan Nyuport-Biçdə Müstəqillik Gününün qeyd edilməsi zamanı həbs olunanların sayı 400 nəfəri ötüb. Gundelik.az  xəbər verir ki, bu barədə “Los Angeles Times” (LA Times) qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. “Nyuport-Biçdəki Müstəqillik Günü şənlikləri xaosa çevrilib və nəticədə yerli hüquq-mühafizə orqanları tərəfindən 400-dən çox şəxs həbs edilib”, – deyə məlumatda

Read More