Almaniya iqtisadiyyatı kiçilib
Almaniya iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə əvvəlki üç ayla müqayisədə 0,3% kiçilib. Gundelik.az xəbər verir ki, bu barədə ölkənin Federal Statistika Agentliyi (Destatis) məlumat yayıb. Məlumata görə, daha əvvəl 0,1%-lik azalma açıqlanmışdı, lakin son hesabatda rəqəm aşağıya doğru yenidən nəzərdən keçirilib. Bu, 2024-cü ilin ikinci rübündən bəri Almaniya iqtisadiyyatında qeydə alınan ən güclü daralma olub.
