Nigeriyada bu il güclü yağışların yaratdığı daşqınlar nəticəsində 228 nəfər həlak olub.
Gundelik.az Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinə (NEMA) istinadən xəbər verir ki, daşqınlar ölkənin 25 ştatında ciddi fəsadlara səbəb olub.
Rəsmi açıqlamaya görə, təbii fəlakət zamanı 495 nəfər yaralanıb, 114 nəfər isə itkin düşüb. Bundan əlavə, 71 min 400 nəfər məcburi köçkünə çevrilib, ümumilikdə isə 209 min 666 nəfər zərər çəkib.
Daşqınlar nəticəsində 21 257 evə ziyan dəyib və ya tamamilə dağılıb, həmçinin 76 rayonda 23 481 torpaq sahəsi zədələnib.
Gundelik.az
