Meksikada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 76 nəfərə yüksəlib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Rəsmilərin məlumatına görə, təbii fəlakət zamanı 5 ştatda 76 nəfər həlak olub, 39 nəfər isə itkin düşüb. Axtarış-xilasetmə işləri davam etdirilir.
Meksikanın Prezidenti Klaudia Şeynbaum ABŞ mərkəzli “X” sosial media platformasında Puebla ştatının daşqından zərər çəkmiş Pantepek şəhərinə səfəri ilə bağlı paylaşım edib.
“Yolların açılması, daha çox yardımın çatdırılması və milli səlahiyyətli qurumlar tərəfindən aparılan zərərin qiymətləndirilməsi istiqamətində yerli hakimiyyətlə sıx əməkdaşlıq edirik. Heç kimi geridə qoymayacağıq, siz tək deyilsiniz”, – Prezident bildirib.
Şeynbaum daha sonra vertolyotla Hidalqo əyalətinin Huehuetla və Tianguistengo rayonlarında vəziyyəti havadan qiymətləndirib.
Gundelik.az
