İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Çeçenistan milyonlarla Qəzza sakininə humanitar yardım göstərəcək

Çeçenistan rəhbəri Ramzan Kadırov Qəzza zolağına humanitar yardım göstərilməsi üçün genişmiqyaslı missiyanın başladığını açıqlayıb.

Gundelik.az xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında məlumat verib.

Kadrov bildirib ki, Axmat-Xadji Kadırov adına Regional İctimai Fondu tərəfindən təşkil olunan aksiya Fələstin anklavının təxminən bir milyon sakininə yardım etməyi nəzərdə tutur.
Fond tərəfindən fələstinlilərə 50 min porsiya bişmiş yemək, 250 ton düyü, 200 ton un, 168 ton şəkər, 243 ton makaron və 500 ton içməli su ilə yanaşı, digər zəruri mallar da göndəriləcək.

Çeçenistan rəhbəri bu təşəbbüsü Fələstində münaqişə başlayandan bəri ən böyük humanitar aksiya, həm də fondun tarixində ən genişmiqyaslı yardım tədbiri kimi dəyərləndirib.
Əməliyyata Çeçenistanın milli siyasət və xarici əlaqələr naziri Əhməd Dudayev və polis komandiri Zamid Çalayev rəhbərlik edir. Hazırda onların hər ikisi Misirdədir.

Xatırladaq ki, ötən ilin sonunda Ramzan Kadırov Çeçenistanda yüz minlərlə müsəlmanın gecə namazlarında Fələstin sakinləri üçün dua etdiyini bildirmişdi. Daha əvvəl isə Qəzza zolağından 116 nəfərlik qaçqın qrupu Çeçenistana gətirilmişdi.

Gundelik.az