“Xalq Sarkisyan və Köçəryanın dilini kökündən çıxaracaq” – Paşinyan
“Hesab edirəm ki, qarşıdan gələn seçkilərdə xalqın nəhayət, həm Serj Sarkisyanın, həm də Robert Köçəryanın siyasi dilini kəsmək imkanı olacaq”. Gundelik.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib. “Xalqımız seçkilərlə Serj Sarkisyana, Robert Köçəryana və Levon Ter-Petrosyana öz yerini göstərdi. Qeyd etmək lazımdır ki, onlar heç vaxt
