Xaricdə təhsil hindistanlı tələbələr üçün niyə çətinləşir?
Uzun illər diqqətlə plan qurduqdan sonra Hindistanın şərqindəki Carkhand ştatından olan 29 yaşlı məzmun yaradıcısı Praqati Priya nəhayət bu il xaricdə magistr təhsili almağa qərar verib. Priya sentyabr ayında İtaliyanın paytaxtı Roma şəhərinə gedərək qlobal iqtisadi məsələlər üzrə təhsil alacaq. O ümid edir ki, bu addım gələcəkdə Avropada daha yaxşı iş imkanları qazanmasına kömək edəcək.
